Yolçu Şirinov və başqalarından, Kürdəmir, Azərbaycan
10 mart 2012, 20:30
Möhtərəm cənab Prezident!
Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi haqqında Sərəncamınız Mehdili, Öyləqulu, Qoçulu, Dayıkazımlı kəndlərinin kiçikdən tutmuş böyüyə qədər hər bir sakininin böyük sevincinə səbəb olmuşdur. İllərlə həyata keçəcəyini gözlədiyimiz böyük arzumuz Sizin nəcib əməliniz sayəsində reallaşmışdır. Bu Sərəncam yol boyunca yerləşən hər bir kənd sakini üçün qarşıdan gələn Novruz bayramına çox böyük yüksək töhfədir. Ulu öndərimiz Heydər Əliyev yol ilə əlaqədar demişdir: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyatdır”. Uzun illərdir ki, yolsuzluq sarıdan əziyyət çəkmişik, qış aylarında rayon mərkəzinə gediş-gəlişimiz həddən artıq çətin olub. İndən belə bu sarıdan çətinliyimiz olmayacaqdır. Bu gün biz kənd sakinləri bir daha əminliklə, dərin inam hissi və qətiyyətlə qeyd edirik, Sizin ətrafınızda sıx birləşməklə, apardığınız daxili və xarici siyasətin həyata keçirilməsində, iqtisadi və sosial sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində yaxın köməkçiniz olacağıq.
Bir daha Sizə təşəkkür və minnətdarlığımızı bildirir, xalqımızın xoşbəxtliyi naminə qarşıya qoyulmuş nəcib əməllərin həyata keçirilməsində uğurlar arzulayırıq. Ulu tanrıdan Sizə cansağlığı diləyirik.
Hörmətlə,
Yolçu Şirinov, Murad Tapdıqov, Xası Məmmədov, Gülabbas Cəfərov, Mətləb Mehdiyev, Barat Ələkbərov, Famil Əhmədov, Emin Eminov, Saməddin Mustafayev, Gülağa Nəsirov, Abid Səmədov, Əfqan Mehdiyev, Məmmədağa Əhmədov, İnqilab Vəliyev, Abdurrəhmanim Rəhimov.
Mehdili, Öyləqulu, Qoçulu, Dayıkazımlı kəndlərinin sakinləri.
Azərbaycan Respublikasının Kürdəmir rayonu.