Firəngiz Abdullayevadan, Bakı, Azərbaycan
27 oktyabr 2020, 11:07
Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını qısa zaman ərzində geri qaytarılmış torpaqlarımızın qələbəsi münasibətilə təbrik edirəm. Ordumuza və hərbi qulluqçularımıza göstərdiyi şücaətə və qəhrəmanlığa görə təşəkkür, Sizə isə Azərbaycan xalqına bəxş etdiyiniz sevincə görə “Əhsən” demək istəyirəm:
Döyüşdə düşmənlərə layiqincə dərs verən,
Od-alovun içində çox çətin yollar keçən,
Mətanətli, qürurlu, mərd Milli Ordumuza
Hər an uğur diləyək, onlara alqış deyək.
Düşmənlərə kəsərli söz gülləsi tuşlayan,
İşıqlı gələcəyə inamla addım atan,
Yolumuza mayaktək işıq saçan İlhamın,
Adı kimi özü də Mehriban anamızın
Səslərinə səs verək, onlara dəstək verək,
Hərbi sirri gizlədək, qaçqın, köçkün damğasını
Üstümüzdən atmaq üçün, səbr, təmkin göstərək,
Ordunu dəstəkləyək, Qarabağa tez gedək.
12 noyabr Dövlət Bayrağı günündə
Kimliyimiz, mənliyimiz, qürur mənbəyimiz
Üçrəngli bayrağımızı Qarabağımızda
Sevinclə, iftixarla öyünərək yelləyək,
Heydər oğlu İlhama birlikdə əhsən deyək!
El-obanı, milləti, işğal torpaqlarını,
Doğma yurd yerlərini, şəhid məzarlarını
Sevindirək, güldürək, gül-çiçəyə bürüyək.
Heydər oğlu İlhama birlikdə əhsən deyək!
Bu dəhşətil günlərdə, od-alovun içində
Daş-kəsəyin üstündə minalı yollar keçən
Biz Milli Ordumuza - igid, nər oğullara
Birlikdə əhsən deyək, cansağlığı diləyək!
Rühu bizimlə olan, uğurlara sevinən
Əbədiyyət ulduzları, o ölməz şəhidləri
Hər gün, hər an yad edək, onlara rəhmət deyək.
Qələbə! - bu əziz gün uzaqda deyil daha,
Çağırışa əməl edək, hərbi sirri verməyək
Tezliklə İlhama, Ərdoğana, el-obaya,
Milli ordumuza, vətən oğullarına
Gözaydınlığı verək, can sağlığı diləyək.
Hər bölgədə, hər eldə şəhid məzarlarını
Gül-çiçəyə bürüyək, onlara rəhmət deyək,
Heydər oğlu İlhama, dost, qardaş Ərdoğana
Birlikdə “Gözünüz aydın” deyək, onlara əhsən deyək!
Xeyli vaxt torpaqları işğal altda inləyən,
Çox ağır “köçkün” damğası ilə yüklənən,
Ağdamlılar adından Heydər oğlu İlhama
Türk başqanı, qardaşımız, dost Ərdoğana
Yaşa yüz ömür, deyək, onlara “əhsən” deyək!
Hörmətlə,
Firəngiz Abdullayeva
Ağdamdan məcburi köçkün, Əmakdar müəllim, Xalq təhsili əlaçısı, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, 32 nömrəli Ağdam orta məktəbinin müəllimi
Azərbaycan Respublikası, Bakı şəhəri.