logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

M.Abdullayevdən, Qəbələ, Azərbaycan

Text size icon-size icon-size

26 oktyabr 2020, 09:00

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Qəbələ rayonu Məlikli bələdiyyəsinin əhatə etdiyi Məlikli, Bılıx və Siləyli kənd ağsaqqalları adından yazaraq Sizin apardığınız müdrik və uğurlu siyasəti tam dəstəklədiyimizi bildiririk. Təxminən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan torpaqlarımızın azad edilməsi, mənfur düşmənə layiqli zərbə vurularaq ərazilərimizdən qovulması bizləri də sevindirir və bu münasibətlə Sizi təbrik edirik.

Allah yar və yardımçınız olsun!

Hörmətlə,

Abdullayev M.

Məlikli bələdiyyəsinin sədri.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Məlikli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi