Ramid Məhərrəmovdan, Laçın, Azərbaycan
Text size


24 oktyabr 2020, 13:25
Müzəffər Ali Baş Komandanım.
İlk olaraq mən bir laçınlı kimi Sizi və Azərbaycan Ordusunu salamlayıram.
Mənim atam birinci Qarabağ müharibəsi veteranıdır, döyüşlər zamanı 7 gün mühasirədə qalıb, öz sağlamlığını itirib. Buna baxmayaraq bu gün yenidən torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən müharibədə döyüşmək istəyir. Mən də atamla birlikdə haqq davasında döyüşməyə hazıram. Bu bizim vətəndaşlıq borcumuzdur. Biz Sizinlə fəxr edirik! Biz həmişə Sizinləyik!
Qarabağ bizimdir!
Yaşasın Azərbaycan Ordusu!
Hörmətlə,
Ramid Məhərrəmov
Azərbaycan Respublikası, Laçın rayonu, Pircahan kəndi.