Erkan Cindən, Düzcə, Türkiyə
23 oktyabr 2020, 14:25
Hörmətli cənab Prezident.
Hər şeydən əvvəl Allahdan şəhid zirvəsinə yüksələn Azərbaycan əsgərlərinə və mülki insanlara rəhmət diləyirəm. Allah şəhidlərimizin kədərli ailələrinə, xüsusən də Sizə və bütün Azərbaycan xalqına səbr versin. Yaralılara isə tezliklə şəfa tapmalarını arzulayıram. Xalqınızın dərdini, kədərini qəlbimizdə hiss edirik.
Əcdadların əsl türk olaraq Osmanlı İmperatorluğunun vaxtından bu günə qədər eyni yerdə ləyaqətlə yaşamışdır.
Hazırda Türkiyə Respublikasına xidmət edən bir dövlət məmuruyam. Müxtəlif səbəblərdən iki dəfə Azərbaycana, yəni Bakıya gəlmişəm və bunun sayəsində Azərbaycan coğrafiyasını və xalqınızı yaxından tanımaq fürsəti tapmışam. Mən bir çox azərbaycanlı dost və qardaş qazanan xoşbəxt türklərdənəm. İstəyirəm ki, bu müharibədə Azərbaycan xalqının haqlı mübarizənizdə sonacan yanınızda olduğumu biləsiniz.
Həm də istəyirəm biləsiniz ki, razılığınız olduğu halda hər cür kömək üçün Azərbaycana gəlməyə və verəcəyiniz istənilən vəzifəni yerinə yetirməyə hazıram. Lazım gələrsə, cəbhədəki əsgərlər qardaşlarımız üçün yemək və su, ehtiyac olsa, kürəyimdə güllə daşıyıram və ya onlar üçün səngərlər qazaram.
"Bir millət, iki dövlət" ifadəsi mənim üçün sonsuza qədərdir.
Allah Azərbaycan xalqının yar və yardımçısı olsun.
Hörmətlə,
Erkan Cin
Türkiyə Respublikası, Düzcə şəhəri.