Səma Qasımovadan, Goranboy, Azərbaycan


21 oktyabr 2020, 16:40
Hörmətli cənab Prezident.
Bir gənc tələbə olaraq işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirdiyiniz siyasətə və əməli tədbirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Hər Qələbə xəbərini eşidəndə Vətənimlə, Ordumuzun şanlı salnamə yazan əsgərləri ilə və Sizin kimi müdrik, qətiyyətli Liderimizlə bir daha qürur duyuram. İnanıram ki, Sizin güclü siyasi iradəniz və rəşadətli Ordumuzun ardıcıl uğurları sayəsində rəmzlərində böyük tarixi və ölməzliyi yaşadan Azərbaycan Bayrağı işğal edilmiş bütün torpaqlarımızda tezliklə dalğalanacaq.
Hürriyyətim, istiqlalım, bayrağımsan, Azərbaycan!
Düşməninə diz çökdürən qürurumsan, Azərbaycan!
Ulu Tanrı Xalq-Prezident-Ordu birliyini daim var və mübarək eləsin! Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Səma Qasımova
Azərbaycan Respublikası, Goranboy şəhəri.-0-