İlkin Səfərlidən, Cenevrə, İsveçrə


21 oktyabr 2020, 13:35
Hörmətli cənab Prezident.
Mənim 13 yaşım var. Mən İsveçrənin Cenevrə şəhərində Beynəlxalq məktəbdə oxuyuram.
Qarabağın azadlığı uğrunda əks hücum əməliyyatlarını izləyirəm. Sizdən Qarabağla bağlı, azad olunan torpaqlar barədə xəbər gələndə çox sevinirəm və hər gün yeni xəbərləri səbirsizliklə gözləyirəm.
Cəbrayıl mənim ata-baba torpağımdır. Babam Cəbrayıl rayonunun əsgərlərimiz tərəfindən azad olunmasını eşidəndə çox sevindi. Mən də yay tətilini Azərbaycanda keçirmək, Cəbrayılda bizim kəndimizdəki evimizə baxmaq istəyirəm.
Cenevrədə həm məktəbdə, həm də öz “YouTube” kanalımda ingilis və fransız dillərində müxtəlif videolar hazırlayır, aktiv şəkildə Qarabağ həqiqətlərini yayıram.
Mən istəyirəm ki, İsveçrədə gənclər Azərbaycan və Qarabağ həqiqətlərini bilsinlər və ermənilərin yalanlarına inanmasınlar.
Cənab Ali Baş Komandan, Sizə və bütün əsgərlərimizə torpaqlarımızı geri aldığınız üçün təşəkkür edirəm və yeni uğurlar arzu edirəm.
Allah Sizi və əsgərlərimizi qorusun. Düşmənləri bizim bütün torpaqlarımızdan qovun çıxarın.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Səfərli İlkin Mahir oğlu.
İsveçrə Konfederasiyası, Cenevrə şəhəri.