Bəhruz Hüseynovdan, Zaqatala, Azərbaycan
Text size


21 oktyabr 2020, 12:48
Hörmətli cənab Ali Baş Komandan.
Doğma Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə qazanılan qələbələrə, bizə yaşatdığınız sevinc hisslərinə görə Siz başda olmaqla qüdrətli Ordumuzun bütün əsgər və zabit heyətinə Zaqatala rayonunun qaz istismar sahəsinin kollektivi adından təşəkkür edirik.
Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız bu haqq savaşında daim Sizin yanınızdayıq. Vətən yolunda hər şeyə hazırıq. Kollektivimizin bütün üzvləri Sizinlə qürur duyur.
Yaşasın qüdrətli Azərbaycan!
Hörmətlə,
Bəhruz Hüseynov
Azərbaycan Respublikası, Zaqatala rayonu, Yuxarı Tala kəndi.-