logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Argentina Respublikasının Prezidenti Zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə

Text size icon-size icon-size

24 fevral 2012, 15:10

Hörmətli xanım Prezident,

Buenos-Ayres şəhərində baş vermiş dəmir yolu qəzası nəticəsində çoxlu sayda insanın həlak olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Argentina xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 fevral 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi