20 oktyabr 2020, 13:00
Kərəm Qardaşxanovdan, Cəlilabad, Azərbaycan
Cənab Ali Baş Komandan.
Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması üçün həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində qazanılan uğurlara görə Sizə minnətdarlığımı bildirirəm. Uğurlu siyasətinizin davamı olaraq torpaqlarımızın erməni işğalından azad edilməsi münasibətilə Sizi təbrik edirik.
Allah Sizi və şanlı Ordumuzu qorusun! Biz Sizinlə fəxr edirik!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Kərəm Qardaşxanov
Azəbaycan Respublikası, Cəlilabad rayonu, Uzuntəpə kəndi.