İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətini qəbul etmişdir
Text size
20 fevral 2012, 14:00
Prezident İlham Əliyev Andrey Kovatçevin başçılıq etdiyi Avropa Parlamentinin Xarici Əlaqələr komitəsində müxtəlif siyasi partiyaları təmsil edən deputatlardan ibarət nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa Parlamenti və Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.