Rəşad Nəsirovdan, Bakı, Azərbaycan
18 oktyabr 2020, 12:00
Cənab Prezident, 23 avqust tarixi artıq məni sarsıtmır. Bu gün, 1993-cü ildən bəri erməni hərbi birləşmələri tərəfindən işğal edilən Füzuli şəhəri Azərbaycanın Rəşadətli Ordusu tərəfindən azad edildi. Artıq təqvimdə 17 oktyabr tarixi 27 ildir ki, ürəyi Füzuli həsrəti ilə döyünən hər birimiz üçün qürur gününə, qələbə müjdəsinə çevrildi. Cənab Prezident, Sizin xalqa müraciətləriniz zamanı hər bir vətəndaş daha da ruhlanır, çünki Siz Azərbaycan xalqına yalnız xoş xəbərlər çatdırırsınız. Vətənimin bir əsgəri, vətənimi sevən bir jurnalist kimi, Füzuli torpağının bir oğlu kimi əminəm ki, Sizin - Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tez bir zamanda Azərbaycan ordusu zəfər çalacaq. Ölkəmizin ərazi bütövlüyü bərqərar olacaq. Var olsun Ali Baş Komandan, yaşasın Azərbaycan!
Hörmətlə,
Nəsirov Rəşad Barat oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.