Limon Əliyevadan, Şəki, Azərbaycan


17 oktyabr 2020, 10:54
Cənab Prezidentimiz.
Mən 16 yaşlı əlil şagirdəm. Əlilliyimə görə 18 yaşıma çatana qədər dövlət mənə müavinət təyin etmişdir. Sizin Ordumuza göstərdiyiniz qayğıdan fərəhlənərək və qazandığınız böyük nailiyyətlərə arxalanaraq bu məktubu yazmaq qərarına gəldim.
Hörmətli Prezident, mən də aylıq müavinətimdən 20 manat pul vəsaitini Ordumuza yardım fonduna keçirmək qərarı vermişəm. Çünki Ordumuza güvənirəm. Hər zaman güvənc yerim olan dəyərli bir xalqım var! Xalqımızla qürur duyuram. İnanıram ki, üçrəngli Bayrağımızı bütün itirdiyimiz torpaqlarda tezliklə dalğalandıracağıq. Bu sevincli, əzəmətli günlərə az qalıb. Sizin dediyiniz qürurverici sözlərə qüvvət olaraq mən də deyirəm: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Limon Əliyeva
Şagird
Azərbaycan Respublikası, Şəki rayonu, Baş Göynük kəndi.