Edison İmanov və başqalarından, Bakı, Azərbaycan
16 oktyabr 2020, 17:43
Hörmətli cənab Prezident.
Bizi 30 ildən sonra işğalda olan torpaqlarımızın azadlığına qovuşdurduğunuz üçün Sizə və Ordumuza dərin və sonsuz təşəkkürlərimizi bildiririk.
Biz bu günlərin həsrəti ilə yaşayır, torpaqlarımızın azadlığına böyük ümidlər bəsləyirdik. Sizin qətiyyətli mövqeyiniz, cəsarətli çıxışlarınız bu ümid çırağını heç vaxt sönməyə qoymurdu. İndi ürəklərimiz pərvazlanır, üzümüz gülür, sevincdən gözlərimiz yaşarır. Bu hisslərin dəyəri ölçüyəgəlməzdir. Bunu xalq üçün ancaq, ürəyində böyük sevgi, məhəbbət, qollarında güc-qüvvət, dərin zəka sahibi olan müdrik biri edə bilərdi və Siz bunu etdiniz.
Var olun, cənab Prezident. Biz həmişə Sizinləyik.
Hörmətlə,
Füzuli rayonunun işğaldan yenicə azad edilmiş Arış kəndindən olan məcburi köçkünlər:
İmanov Edison Barat oğlu, Qarabağ müharibəsi və Çernobıl əlili,
Abdullayeva Mənsurə Möhübbət qızı, şəhid bacısı,
Yolçuyev Tahir Əmrəhməd oğlu,
Əzimov İsmayıl Ədalət oğlu,
Quliyeva Nuridə Namaz oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.