Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova
Text size
14 fevral 2012, 14:30
Hörmətli Qurbanqulu Məlikquliyeviç,
Türkmənistanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı və tərəqqisi naminə dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 fevral 2012-ci il.