2011-ci il noyabrın 14-də Bakı şəhərində imzalanmış “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Koreya İxrac-İdxal Bankı arasında Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll layihəsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
13 fevral 2012, 18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il noyabrın 14-də Bakı şəhərində imzalanmış “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Koreya İxrac-İdxal Bankı arasında Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll layihəsinə dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2012-ci il.