İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfirini qəbul etmişdir
13 fevral 2012, 16:00
Prezident İlham Əliyev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Özbəkistan səfiri İsmətulla İrqaşev diplomatik fəaliyyətinin Azərbaycanda uğurla keçdiyini vurğuladı. İsmətulla İrqaşev səfirliyin fəaliyyətinə yaradılmış yüksək şəraitə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlət başçısı Azərbaycan ilə Özbəkistan arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğuladı. İsmətulla İrqaşevin səfir kimi bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.