“Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11 fevral 2012, 18:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 976) 1-ci hissəsində “Teymur Mehdiyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözləri “Nazim Səmədov - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözləri ilə və “İsfəndiyar Vahabzadə - Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri” sözləri “Namiq Əliyev - Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Moldova Respublikası tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il.