logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 226 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

11 fevral 2012, 18:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 226 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 243; 2010, № 9, maddə 773) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Zaman Novruzov - Azərbaycan Respublikası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti” sözləri “İlqar Tağıyev - Azərbaycan Respublikası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti” sözləri ilə əvəz edilsin;
1.2. “Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözlərindən sonra “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə İsveçrə Federal Şurası tərəfinə bildiriş göndərsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi