“Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2444 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11 fevral 2012, 18:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2444 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 981; 2009, № 1, maddə 17) 1-ci hissəsində “Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə və “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Kuba Respublikası tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il.