Hasan Demirtaşdan, Antalya, Türkiyə
13 oktyabr 2020, 09:32
Hörmətli cənab Prezident.
Vəzifəmin icrası ilə əlaqədar 3 il Azərbaycanda yaşamışam. İki qardaş ölkənin iqtisadiyyatı, məhsulu və xidmət keyfiyyətinin digər ölkələrlə rəqabət etməsi və üstün olması üçün çox çalışdım. Bu müddət ərzində Azərbaycanla bağlı çoxlu xoş xatirələrim var, eyni zamanda, sadiq dostlar da qazandım.
Bu gün biz işğalçı Ermənistanla haqlı müharibədə Sizin və bütün Azərbaycan xalqının yanındayıq. Lazım gələrsə verəcəyiniz hər bir tapşırığa da hazır olduğumu bildirirəm.
Arzum Azərbaycana növbəti səfərimdə Qarabağda dalğalanan üçrəngli şanlı bayrağımızın kölgəsi altında durmaqdır.
Sizə, komandanıza, Azərbaycanın igid əsgərinə və bütün azərbaycanlı qardaşlarıma ehtiramımı bildirirəm.
Hörmətlə,
Hasan Demirtaş
Türk Standartları İnstitutunun Aralıq dənizi üzrə Regional Koordinatoru, 2009-2012 illəri arasında Türk Satandartları İnstitutunun Azərbaycan nümayəndəsi
Türkiyə Respublikası, Antalya şəhəri.