logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rafiq Həsənovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

12 oktyabr 2020, 18:30

Çox hörmətli cənab Prezident.

Mən, Füzuli rayonundan məcburi köçkün Rafiq Həsənov, gənc bir tələbə olaraq riyakar və təcavüzkar düşməni tam zamanında öz yerinə otuzdurduğunuz üçün sizə və müzəffər Azərbaycan Ordusuna bütün gənclərin adından minnətdarlıq duyduğumu bildirmək istəyirəm. Mən inanıram ki, sizin başçılığınız ilə Azərbaycan xalqının tezliklə intizarında olduqları və böyük səbirsizliklə gözlədikləri həmin an gələcək. İçimizdə buna dair heç bir şübhə yoxdur. Biz üçrəngli bayrağımızı gec-tez doğma yurdumuz olan Qarabağda dalğalandıracağıq.

Sizin də dediyiniz kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Həsənov Rafiq Yavər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi