“Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09 fevral 2012, 19:35
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 982; 2009, № 1, maddə 17; 2010, № 2, maddə 80) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə, “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə, “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə və “Tamerlan Qarayev - Azərbaycan Respublikasının Hindistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri” sözləri “İbrahim Hacıyev - Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri ilə əvəz edilsin;
1.2. “Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini” sözlərindən sonra “Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini” sözləri əlavə edilsin;
1.3. “Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Hindistan Respublikası tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il.