“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyun tarixli 2861 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09 fevral 2012, 20:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyun tarixli 2861 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 530; 2010, № 2, maddə 80) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “İsgəndər İsgəndərov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə, “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə və “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə əvəz edilsin;
1.2. “Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözlərindən sonra “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Səudiyyə Ərəbistanı Krallığı tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il.