“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09 fevral 2012, 19:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 904) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözlərindən əvvəl “Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri və “Səfər Mehdiyev - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözlərindən sonra “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri əlavə edilsin;
1.2. “Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Litva Respublikası tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri 8 fevral 2012-ci il.