“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli 2833 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09 fevral 2012, 18:55
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli 2833 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 422) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Sənan Kərimov - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini” sözləri “Abbas Vəlibəyov - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini” sözləri ilə əvəz edilsin;
1.2. “Rəfael Mirzəyev - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini” sözlərindən sonra “Vaqif Əliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini” sözləri əlavə edilsin;
1.3. “Teymur Mehdiyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qırğız Respublikası tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il.