“Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09 fevral 2012, 18:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1111; 2007, № 11, maddə 1133; 2009, № 2, maddə 74; 2010, № 2, maddə 80, № 6, maddə 501) 1-ci hissəsində “Teymur Mehdiyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözləri “Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözləri ilə, “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə, “Sabir İlyasov - “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktorunun birinci müavini” sözləri “Sabir İlyasov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti” sözləri ilə və “Azər Hüseyn - Azərbaycan Respublikasının Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri” sözləri “Gürsel İsmayılzadə - Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il.