10 oktyabr 2020, 14:55
Aynur Mikayılzadədən, Şəki, Azərbaycan
Hörmətli Ali Baş Komandan.
Son günlər Azərbaycan Xalqı Sizin sayənizdə uzun illərdən bəri davam edən Vətən həsrətinə son qoyur. Sizin gərgin əməyiniz, uzaqgörən diplomatiyanız nəticəsində Azərbaycan Ordusu bu gün tarix yazır. İgid ərənlərimiz son damla qanlarınadək Vətən uğrunda vuruşur.
Bu gün bütün xalq olaraq hamımız bir şüar altında birləşmişik: “Xalq-Prezident, Prezident-Xalq!”. Bu, bizim bir yumruq olaraq eyni hədəfə vurduğumuzun bariz göstəricisidir.
Cənab Prezident, Qarabağ uğrunda gedən döyüşlərin sonu bizi yalnız tam qələbəyə, böyük zəfərə aparır. Bu zəfər yolunda Sizin arxanızdayıq! Sizin apardığınız uğurlu siyasətə inanır, hər şey üçün təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Aynur Mikayılzadə
Azərbaycan Respublikası, Şəki şəhəri.