Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Text size
09 fevral 2012, 16:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri” təsdiq edilsin (Əlavə I).
2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin spesifikasiyası” təsdiq edilsin (Əlavə II).
3. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi” təsdiq edilsin (Əlavə III).
4. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2012-ci il.