Oqtay Ələkbərovdan, Bakı, Azərbaycan
09 oktyabr 2020, 16:37
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Siz Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına qarşı Milli Ordumuza əks-hücum əmri verdiniz. Sizin rəhbərliyinizlə Milli Ordumuzun əsgərləri torpaqlarımızı azad etmək uğrunda qanlı döyüşlərə başladılar. Sizin möhkəm iradəniz və cəsarətli qərarlarınız Azərbaycan Ordusunun əsgərləri və mülki əhalimiz arasında ruh yüksəkliyi, nikbinlik yaradıb, yurd-yuvalarına qayıtmaq istəyən bir milyondan artıq məcburi köçkünün həsrətli gözlərində və qəlblərində ümid çırağı yandırıb. Sizin müxtəlif televiziya kanallarının jurnalistlərinə azərbaycan, rus, ingilis dillərində verdiyiniz dəyərli müsahibələr ümidləri daha da artırır.
Belə bir Prezidentimiz olduğu üçün fəxr edirik. Uca Tanrı Sizi, Milli Ordumuzu, xalqımızı qorusun. Vətən torpaqlarımız uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Arzumuz odur ki, tezliklə Şuşada, Xankəndidə üçrəngli bayrağımız dalğalansın.
Sizin adınız Vətənimizin və xalqımızın tarix səhifəsinə qızıl hərflərlə yazılır.
Cənab Prezident, Sizin doğma qardaşım dediyiniz, hər zaman bizə dəstək verənə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə xalqına, türk dünyasına və Azərbaycanın haqq işini dəstəkləyən hər bir bəşər övladına minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Oqtay Ələkbərov
Zəngilan rayonundan məcburi köçkün, 81 yaşlı təqaüdçü müəllim, Qarabağ müharibəsi veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.