“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
08 fevral 2012, 18:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı həyata keçirilən tədbirlərin vaxtında icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə “10 561 304,0” rəqəmləri “10 751 304,0” rəqəmləri ilə əvəz edilsin;
2. 3-cü hissədəki cədvəlin 3.1-ci bəndində “110 000,0” rəqəmləri “300 000,0” rəqəmləri ilə və xərclərin məbləğinin cəmi göstərilən sətirdə “10 561 304” rəqəmləri “10 751 304,0” rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il.