logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Serbiyanın xarici işlər naziri Vuk Yeremiç ilə görüşmüşdür

Text size icon-size icon-size

04 fevral 2012, 17:20

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Prezident İlham Əliyev Serbiyanın xarici işlər naziri Vuk Yeremiç ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Ölkələrimizin müxtəlif sahələrdə bir-birinə verdikləri dəstəyin önəmi vurğulandı. Serbiyada yol tikintisində Azərbaycan şirkətlərinin iştirakı ilə bağlı bu yaxınlarda Bakıda imzalanan müqavilənin əhəmiyyəti qeyd olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi