İlham Əliyevin Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə görüşü olmuşdur
Text size
03 fevral 2012, 18:50
48-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Prezident İlham Əliyev Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu, Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.