Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Mahinda Racapaksaya
Text size
03 fevral 2012, 18:00
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər bundan sonra da öz inkişafını dostluq və əməkdaşlıq məcrasında davam etdirəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 yanvar 2012-ci il.