İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur
Text size
27 yanvar 2012, 13:10
Davosda Prezident İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan və Polşa prezidentlərinin müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin bu münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulandı.
Görüşdə Azərbaycan ilə Polşa arasında bir sıra sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.