Pərviz Hüseynovdan, Lənkəran, Azərbaycan
Text size


05 oktyabr 2020, 09:02
Hörmətli cənab Prezident.
Sizin bütün dünyaya göstərdiyiniz siyasi iradə məni və yoldaşlarımı çox ruhlandırır. Buna görə Sizə şəxsən öz adımdan və dostlarımın adından təşəkkür edir, Vətənimizin bütövlüyü uğrunda apardığınız bu mübarizədə daha böyük uğurlara nail olmağı arzulayırıq.
İnanıram ki, tezliklə üçrəngli bayrağımız doğma Qarabağda dalğalanacaq, Azərbaycan xalqı Qələbə sevincini yaşayacaqdır.
Allah Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Hüseynov Pərviz Ağaqulu oğlu
Azərbaycan Respublikası, Lənkəran rayonu, Vilvan kəndi.