logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev “Holcim Group” şirkətinin idarə heyətinin sədri Markus Akerman ilə görüşmüşdür

Text size icon-size icon-size

26 yanvar 2012, 21:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Davosda “Holcim Group” şirkətinin idarə heyətinin sədri Markus Akerman ilə görüşmüşdür.

Görüşdə “Holcim Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən, ölkəmizə investisiya qoymasından və bu şirkətin Qaradağ sement zavodunun tikintisində iştirakından məmnunluq ifadə olundu.

Azərbaycanda birlikdə təməli qoyulan yeni sement zavodunun bu il istifadəyə veriləcəyinin vurğulandığı görüşdə bunun iqtisadi əlaqələrimizin genişlənməsində önəmli hadisə olduğu bildirildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi