logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşmüşdür

Text size icon-size icon-size

26 yanvar 2012, 19:35

Prezident İlham Əliyev  Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi və əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Energetika sahəsində əməkdaşlığın önəminin qeyd olunduğu görüşdə “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edildi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi