İlham Əliyevin Almaniyanın “Deutsche Bank”ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils ilə görüşü olmuşdur
Text size
26 yanvar 2012, 16:00
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın “Deutsche Bank”ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils və idarə heyətinin üzvü Yürgen Figen ilə görüşü olmuşdur.
Görüşdə regionun aparıcı ölkəsi olan Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin önəmi vurğulandı, respublikamız ilə Almaniyanın “Deutsche Bank”ı arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyəti qeyd olundu. Həmçinin, görüşdə Azərbaycan ilə “Deutsche Bank” arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.