İlham Əliyevin “UBS Global” şirkətinin direktorlar şurasının sədri Qaspar Villiger ilə görüşü olmuşdur
Text size
26 yanvar 2012, 13:00
Davosda Prezident İlham Əliyevin “UBS Global” şirkətinin direktorlar şurasının sədri Qaspar Villiger ilə görüşü olmuşdur.
Görüşdə İsveçrənin hazırda ən böyük banklarından olan “UBS” bankı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə maliyyə əməkdaşlığı sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparıldı.
Azərbaycana səfərlərini, ulu öndər Heydər Əliyev ilə görüşlərini xatırladan Qaspar Villiger Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini dedi.