Cemal Yangından, Bakı, Azərbaycan
02 oktyabr 2020, 19:05
Möhtərəm cənab Prezident.
Torpaqlarımızın azadlığı uğrunda Sizin komandanlığınızla atılan addımları alqışlayır, Sizə və şanlı ordumuza bu haqq işində göstərdiyiniz fəaliyyətə və mübarizliyə görə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) çoxsaylı üzvləri adından təşəkkürümü bildirirəm. Əminik ki, Sizin rəhbərliyiniz və Silahlı Qüvvələrimizin mətinliyi ilə biz qələbəyə və zəfərə nail olacağıq.
Fürsətdən istifadə edərək, bu yolda qəhrəmancasına şəhid olmuş zabitlərimizə, hərbi qulluqçularımıza və vətəndaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralanmış əsgərlərimizə Allahdan şəfa və tezliklə sağalaraq Vətənin müdafiəsinə dönmələrini diləyirik.
Bu çətin günlərdə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi bir daha göstərdi ki, Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək və Türkiyə bütün imkanlan ilə Azərbaycanın yanında olmağa davam edəcək.
Biz də azərbaycanlı və türk iş adamları olaraq, Vətənin bütövlüyü uğrunda üzərimizə düşəni etməyə hazırıq və Sizin əmrinizdəyik. Azad edilmiş Vətən torpaqlarında sərmayə qoymağı, iş yerləri yaratmağı və həmin ərazilərin yenidən qurulmasında iştirak etməyi böyük səbirsizliklə gözləyirik.
Möhtərəm cənab Prezident, düşməndən geri alınan doğma torpaqlarımızın qələbə xəbərini bizə yaşatdığınız üçün Sizə bir daha dərin hörmətlə təşəkkür edirik.
Qarabağ bizimdir, bizim olacaq!
Dərin hörmət hissi ilə,
Cemal Yangın
İdarə Heyətinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.