02 oktyabr 2020, 17:55
Svetlana İsmayılova və Qəlbinur Məmmədlidən, Şəki, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Axır ki, çoxdan gözlədiyimiz bir zamana gəlib çatdıq. İşğalçı Ermənistanın qaça-qaça cənnəti-məkan Azərbaycanımızdan çıxması fəxarət hissi verir. Qoy bütün dünya bir daha bilsin ki, Ermənistan işğalçı biz isə Vətən torpağını qoruyan mərd bir dövlətik. Bu mərd dövlətin ərən oğulları var. Onların da başında cəsur Ali Baş Komandanı var. Biz bununla fəxr edirik.
Əzəmətli bayrağımızın tezliklə Dağlıq Qarabağda dalğalanacağına inanırıq. Qarabağ Azərbaycandır!
Hörmətlə,
İsmayılova Svetlana Cumay qızı
Məmmədli Qəlbinur Əyyam oğlu
Azərbaycan Respublikası, Şəki şəhəri.