Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Soçidə təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır
Text size
23 yanvar 2012, 15:00
Görüşdən sonra prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Qazprom-eksport” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır.
Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Qazprom-eksport” MMC-nin idarə heyətinin sədri Aleksey Miller imzaladılar.