Burhanettin Zengindən, Kocaeli, Türkiyə
Text size
30 sentyabr 2020, 18:05
Möhtərəm cənab Prezident.
Mən yüz minlərlə türk vətəndaşından biri kimi, ikinci Vətən saydığımız Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün könüllü olaraq qardaşlarımla bir sırada döyüşmək, lazım gəlsə, canımı fəda vermək əzmindəyəm.
Qarabağ savaşı Türkün zəfər və birlik rəmzi olacaq. Çanakkale döyüşündə sizlər bizim yanımızda olduğunuz kimi, bu savaşda da biz Sizin yanınızda olmalıyıq. Ona görə də, səfərbərlik əmrini eşidən kimi, Azərbaycana gəlmək, döyüşə girmək üçün hazır olduğumu bildirirəm.
Biz iki dövlət, bir millətik.
Hörmətlə,
Burhanettin Zengin
Türkiyə Respublikası, Kocaeli şəhəri.