logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanı qəbul etmişdir

Text size icon-size icon-size

17 yanvar 2012, 15:00

Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu bildirdi. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi və investisiya qoyuluşu sahələrində yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Fridon Todua ölkəmizə ikinci dəfə səfər etdiyini və ötən dövr ərzində Azərbaycanda çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi