Qvatemala Respublikasının Prezidenti Zati-aliləri cənab Otto Fernando Perez Molinaya
Text size
13 yanvar 2012, 18:00
Hörmətli cənab Prezident,
Qvatemala Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qvatemala arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Qvatemala xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 yanvar 2012-ci il.