“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 162-VIQD nömrəli Qanununun tətbiqi və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
21 sentyabr 2020, 17:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 162-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.4.1.1-ci, 4.4.1.2-ci (hər üç halda), 4.4.2-ci (hər iki halda), 4.4.3-cü (hər üç halda), 4.4.4-cü (hər iki halda), 4.7-ci (hər iki halda), 20.2-ci maddələrində və 24.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 4.4.1.2-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 4.4.1.1-ci, 4.4.1.2-ci (üçüncü halda), 4.4.2-ci (ikinci halda), 4.4.3-cü (ikinci halda), 4.7-ci (ikinci halda), 20.2-ci maddələrində və 24.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 4.4.3-cü (üçüncü halda) və 4.4.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 4.4.1.2-ci (ikinci halda), 4.4.2-ci (birinci halda), 4.4.3-cü (birinci halda), 4.4.4-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 4.7-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur.
2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683; 2019, № 7, maddə 1217; 2020, № 5, maddə 561) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bənddə “4.4.1-ci, 4.4.2-ci (hər iki halda), 4.4.3-cü, 4.4.4-cü (hər iki halda), 4.4.5–4.4.9-cu, 4.4.10-cu (hər iki halda), 4.5-ci, 4.6-cı” sözləri “4.4.1.1-ci, 4.4.1.2-ci (hər üç halda), 4.4.2-ci (hər iki halda), 4.4.3-cü (hər üç halda), 4.4.4-cü (hər iki halda), 4.4.8-ci, 4.4.10-cu” sözləri ilə, “24.1–24.4-cü” sözləri “24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü” sözləri ilə əvəz edilsin və həmin bənddən “25.2-ci” sözlərindən sonra “(hər iki halda)” sözləri çıxarılsın;
2.2. 2.2-ci bənddə “4.4.2-ci” sözləri “4.4.1.2-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən “25.2-ci (ikinci halda),” sözləri çıxarılsın;
2.3. 2.5-ci bənddə “4.4.1-ci, 4.4.2-ci (ikinci halda), 4.4.4-cü (ikinci halda),
4.4.5–4.4.7-ci, 4.4.10-cu (ikinci halda), 4.6-cı, 4.7-ci (birinci halda)” sözləri “4.4.1.1-ci, 4.4.1.2-ci (üçüncü halda), 4.4.2-ci (ikinci halda), 4.4.3-cü (ikinci halda), 4.7-ci (ikinci halda)” sözləri ilə, “24.1–24.4-cü” sözləri “24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü” sözləri ilə əvəz edilsin;
2.4. 2.6-cı bənddə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;
2.5. 2.7-ci və 2.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.7. həmin Qanunun 4.4.1.2-ci (ikinci halda), 4.4.2-ci (birinci halda), 4.4.3-cü (birinci halda), 4.4.4-cü (birinci halda) və 24.6-cı (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
2.8. həmin Qanunun 4.4.3-cü (üçüncü halda) və 4.4.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;”;
2.6. 2.9-cu bəndə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” sözləri əlavə edilsin;
2.7. 2.10-cu bənddə “4.4.9-cu və 4.4.10 (birinci halda)” sözləri “4.4.10-cu və 4.7-ci (birinci halda)” sözləri ilə əvəz edilsin;
2.8. 2.11-ci və 2.18-ci bəndlər ləğv edilsin;
2.9. 2.17-ci bənddən “(birinci halda)” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 162-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 sentyabr 2020-ci il.