Abgül Qarayevə və başqalarından, Ağstafa, Azərbaycan


18 sentyabr 2020, 15:00
Hörmətli cənab Prezident,
Sizin gərgin əməyiniz nəticəsində ölkəmiz qüdrətini hər keçən gün daha da artırır, vətəndaşlarımızın rifahı daha da yaxşılaşır. Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusən pandemiya dövründə biz bunun bir daha şahidi olduq.
Sosial sahədə islahatların həyata keçirilməsi, xüsusilə işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun təmin edilməsi üçün görülən işlər hamıda razılıq doğurur. Biz də Sizin qayğınızı öz həyatımızda daim hiss edirik.
Özünüməşğulluq proqramına qoşulmaq üçün müraciət edib qeydiyyata alınmışdıq. Çox keçmədi ki, bizə öz ailə təsərrüfatlarımızı qurmaq üçün aktivlər verildi. Bütün bu işlər çox şəffaf şəkildə, nöqsansız yerinə yetirildi. İndi artıq öz təsərrüfatlarımızı yaratmışıq, qalan işlər isə bizim öhdəmizdədir. Yəni, biz Sizin bu dəstəyinizə işimizlə cavab verərək öz təsərrüfatlarımızı daha da böyüdəcəyik.
Bizə göstərdiyiniz doğma münasibətə, böyük qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Ağstafa rayonunda özünüməşğulluq proqramının iştirakçıları adından dərin hörmətlə,
Qarayevə Abgül
Vəliyevə Nəzakət
Tanrıverdiyeva Reyhan
Hüseynov Hacı
Qarayeva Məhsəti
Əsgərov Mehman.
Azərbaycan Respublikası, Ağstafa rayonu.