logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaponiyanın Baş Naziri Zati-aliləri cənab Yoşihide Suqaya

Text size icon-size icon-size

17 sentyabr 2020, 10:50

Hörmətli cənab Baş Nazir,

Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 sentyabr 2020-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi