logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Text size icon-size icon-size

26 avqust 2020, 16:20

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı,

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verirsiniz. Əminəm ki, bu münasibətlər bundan sonra da Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi